Goranboyda 2 yaşlı qız beşinci mərtəbədən yıxılıb

23:30 - 5 Dekabr 2019 - HADİSƏ

Goranboyda iki yaşlı qız beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. 

Hadisə Goranboy şəhərindəki yeni yaşayış massivlərindən birində baş verib. Belə ki  nəzarətsiz qalan iki yaşlı Məmmədova Zöhrə Vüsal qızı yaşadığı binanın beşinci mərtəbəsindən yerə yıxılıb. O, əvvəlcə binada quraşdırılmış çanaq antenalardan birinə, sonra isə yerə çırpılıb.

Yaralı ağır vəziyyətdə bölgədəki klinikalardan birinə yerləşdirilib. /Apa

Xəbər xətti