Mətanət İskəndərli: “Erməni mahnısına “super” rəyini yazmaram”

20:46 - 5 Dekabr 2019 - MAQAZİN

"Brilliant xanım erməni mahnısına rəyi nə fikirlə yazıb özü bilər, mən birmənalı şəkildə yazmaram".

Bunu Ucnoqta.az-a açıqlamasında Mətanət İskəndərli söyləyib: “Anaların bətnini doğrayıb uşaqlarını oradan çıxarmış, Vətənimin övladlarının başına min oyun açmış bir millətin mahnısına əlim gəlməz ki, hansısa müsbət rəy yazam. Brilliant xanım yazıbsa, bu onun öz fikridir. Amma mən heç bir zaman yazmaram. Buna ürəyim gəlməz”.

Rövşən Tahir

Xəbər xətti