Simeone "Atletkio"dan ayrılır

13:40 - 5 Dekabr 2019 - İDMAN

İspaniyanın "Atletiko" klubu baş məşqçi Dieqo Simeone ilə yolları ayırmaq barədə düşünür.

Offsideplus.az xəbər verir ki, cari mövsümdə stabil çıxış etməyən "Atletiko" La Liqada 15 turdan sonra 25 xalla 6-cı pillədə qərarlaşır. Çempionlar Liqasında V turdan sonra "pley-off"a vəsiqə məsələsi hələ həll edə bilməyib.
Fransa PSJ klubunun Simeonenin xidmətində maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Dieqo Simeone "Atletiko"ya 2011-ci ilin qışından rəhbərlik edir. Klub onun rəhbərliyi altında 7 kubok qazanıblar və 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib.

Xəbər xətti