Zaqatalada “Kamaz” 5 yaşlı uşağın üstündən keçdi

21:26 - 16 İyun 2025 - ÖLKƏ İÇİ

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Muxax kəndində baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Sulxayev “Kamaz” markalı yük avtomobilin altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Sulxayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti