Bakının bəzi ərazilərində qaz olmayacaq

17:44 - 17 İyun 2025 - Cəmiyyət

Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə 18.06.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə"Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti