Vaqif Əsədov təcili yardıma yol verməyən xanım sürücünü DYP şöbəsinə dəvət etdi- Video

Tbilisi prospektində təcili tibbi yardım maşınına yol verməyən sürücü barədə yeni məlumatlar ortaya çıxıb. 

 "Hər şey daxil" verilişinə telefon vasitəsi ilə qoşulan Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bəzi məqamları açıqlayıb.

DYP rəsimisi bildirib ki, sürücü dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq təcili tibbi yardım maşınına yol verməyib. Vaqif Əsədov “Toyota Land Cruiser” markalı, 90 SJ 100 nömrəli avtomobil sürücüsünün qadın olduğunu da söyləyib:

""Toyota Land Cruiser" sürücüsü digər avtomobillərin təcili tibbi yardım maşınına verdiyi yola daxil olur. Artıq həmin sürücünün aşkarlanması və qanuna uyğun olaraq tədbirllərin keçirilməsinə başlanılıb. Əgər sürücü könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib səmimi etiraf edərsə, bu yüngülləşdirici hal kimi qəbul ediləcək"./baku.ws

Tarix
5 Dekabr 2019 [13:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 13:01:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin