Bakıda şirkətdən 40 min manat oğurlandı

12:57 - 5 Dekabr 2019 - HADİSƏ

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

Open.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində yerləşən arxitektur şirkətində qeydə alınıb.
Bakı şəhər sakini Saməddin Heydərov hüquq-mühafizə orqanlarına müraciət edərək çalışdığı şirkətdəki seyfdən 40 min manat pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalara başlanıb.

Xəbər xətti