Bakı aeroportunda elektron sərhəd-keçid məntəqəsi işə salınacaq

Heydər Əliyev Beynəlxalq Aeroportunda "e-Gate" adlı iki elektron sərhəd-keçid məntəqəsi quraşdırılıb.

Bunu "APA-Economics"ə "İdrak Technology Transfer" şirkətindən deyiblər.Şirkətdən bildirilib ki, yeni avtomatlaşdırılmış məntəqənin funksionalı tam olaraq gələn həftə işə salınacaq.
"Funksional ondan ibarətdir ki, heç bir insan faktoru olmadan vətəndaş pasportunu özü skan edəcək. Məlumatların uyğunluğu yoxlanılacaq və heç bir nöqsan olmadığı təqdirdə keçid qapıları açılacaq və vətəndaş məntəqədən keçə biləcək. Bu prosedur 30 saniyə ərzində baş tutacaq. Hələ ki, sözügedən funksional yerli vətəndaşlar üçün nəzərdə tutulur", - deyə şirkətdən qeyd ediblər.

Tarix
5 Dekabr 2019 [12:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 12:40:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin