Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

Ağsuda qardaşı arvadını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Ağsunun Qiyaslı kəndində baş verib.
Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var. Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. /Apa

Tarix
5 Dekabr 2019 [12:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-05 12:35:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin