Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı

09:54 - 5 Dekabr 2019 - Cəmiyyət

Sumqayıt-Bakı istiqamətində 08:40-da hərəkət etməli olan qatar ləğv olunub. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, bu gün səhər saat 8:40 radələrində Sumqayıtdan-Bakıya hərəkət etməli olan qatar xəttə buraxılmayıb.
Nəticədə, Sumqayıt stansiyasında sərnişin sıxlığı yaranıb.

İlkin məlumatlara görə, buna kontakt şəbəkədə yaranan qırılmalar səbəb olub.

Xəbər xətti