Avstraliyada narkotik əməliyyatı: 828 milyon dollarlıq narkotik aşkarlandı

08:43 - 5 Dekabr 2019 - Xəbər

Avstraliyada ölkə tarixinin ən böyük narkotik əməliyyatı baş tutub.  “Report” “TASS”a istinadən xəbər verir ki, Avstraliya federal polisi dəyəri 800 milyon dollardan çox olan narkotik vasitələr müsadirə edib. Qeyd olunub ki, əməliyyat aprel ayında Melburnda federal polis və Avstraliya Sərhəd Xidməti tərəfindən həyata keçirilib.  Avstraliya sərhədçiləri Melburn dəniz limanında yük yoxlaması zamanı akustik stereo dinamiklərində gizlədilən narkotik maddə tapıblar. Ümumi dəyəri 1.216 milyard Avstraliya dolları (828.7 milyon dollar) olan 1,596 ton metamfetamin və 37 kq heroin ələ keçirilib. Artıq faktla bağlı üç şəxs saxlanılıb, onlar narkotik alverində ittiham olunur.  Günahları sübuta yetiriləcəyi təqdirdə, hər üç şəxsi ömürlük həbs cəzası gözləyir. 

Xəbər xətti