Baş həkimdən Rafael Dadaşovun səhhəti barədə Açıqlama- VİDEO

Mərkəzi Neftçilər Xəstəxanasının Baş həkimi Nadir Mehdiyev Xalq artisti Rafael Dadaşovun səhhəti barədə açıqlama verib. 

O, “Səni axtarıram” proqramına telefonla bağlanaraq aktyorun son durumundan danışıb: “Hazırda vəziyyəti stabildir. Rafael müəllim illər əvvəl bizdə ürəyindən əməliyyat olunub. İndi təngnəfəsliyi olub, xəstəxanaya gətirdilər. Tez müayinədən keçirdik. Aydın oldu ki, təngnəfəslik ürəklə bağlı deyil. Ağciyərlərində də xəstəlik var. Konsultasiya etmişik, özü ilə söhbət etmişik. Reanimasiyada deyil, intensiv terapiya palatasındadır. Vəziyyəti yaxşı olsa, palataya köçürəcəyik”.

Bundan əlavə, Nadir Mehdiyev Xalq artistinin qızı Səidə Dadaşovanın “xəstəxana pul istəyir” iddiasına da cavab verib: “Dünən zəng vurub dedilər ki, Rafael Dadaşov xəstəxanaya gətirilib. Söylədim ki, heç bir ödəniş alınmayacaq, pulsuz olacaq”. 

Tarix
4 Dekabr 2019 [14:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-04 14:19:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin