İranda ağır yol qəzası - 3 nəfər öldü, 24 nəfər yaralandı

15:28 - 3 Dekabr 2019 - DÜNYA

İranın Zəncan-Qəzvin magistral yolunda zəncirvari qəza baş verib.

Məlumata görə, bu faktı İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xaledi təsdiqləyib.

M.Xaledinin sözlərinə görə, gecə saat 2 radələrində bir avtobus, bir avtomobil və iki yük maşını toqquşub.
Təşkilat rəsmisi əlavə edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 24 nəfər yaralanıb.
M.Xaledi hadisə yerinə 9 təcili yardım maşınının cəlb olunduğunu deyib.

Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti