Azərbaycana göndərilən miqrantlar beş il Rusiyaya gedə bilməyəcəklər

14:24 - 3 Dekabr 2019 - Cəmiyyət

Rusiyanın Xabarovsk şəhərində azərbaycanlı miqrantlar saxlanılıb.

Saxlanılan dörd miqrantın ikisi azərbaycanlı, ikisi isə Özbəkistan vətəndaşı olub.
Qanunsuz miqrantlar yaşayış yerlərində sənədlərin yoxlanılması zamanı saxlanılıblar.
Onlar qanunsuz olaraq küçə ticarəti ilə məşğul olmaqda və yol-hərəkət qaydaları pozmaqda ittiham olunurlar.
Federal məhkəmənin məlumatına görə, onlar Rusiyadan deportasiya edilib və beş il müddətində bu dövlətin ərazisinə gələ bilməzlər.
Məhkəmə icraçıları miqrantları sərhəd-buraxılış məntəqəsində sərhədçilərə təhvil veriblər./oxu.az

Xəbər xətti