Pekində zavodda partlayış - Ölən və yaralananlar var

10:55 - 3 Dekabr 2019 - DÜNYA

Çinin paytaxtı Pekin şəhərinin şimal-şərqində zavodda partlayış baş verib.

Məlumata görə, yerli vaxtla saat 03:07-də baş verən partlayış nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayışdan sonra başlayan yanğın söndürülüb.

Partlayışın səbəbi araşdırılır./trend

Xəbər xətti