Bu gün futbol üzrə Azərbaycan Kubokuna start veriləcək

08:23 - 3 Dekabr 2019 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcək. İlk oyun günündə 1/8 final mərhələsinin 4görüşündən biri keçiriləcək. "ASCO Arena"da "Keşlə" I Divizion təmsilçisi "Kəpəz"lə üz-üzə gələcək. Hazırda "Keşlə" Premyer Liqada 2-ci, "Kəpəz" isə I Divizionda 5-ci pillədə qərarlaşıb. Bu mərhələdə qalib bir oyunluq mübarizə nəticəsində müəyyənləşir. Cütün üstün tərəfi növbəti mərhələdə "Qarabağ"a rəqib olacaq. Qeyd edək ki, 1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək. Azərbaycan Kuboku, 1/8 final 3 dekabr (çərşənbə axşamı) 15:00. "Keşlə" – "Kəpəz" Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə Hakim-inspektor: Ruhulla Kərimov AFFA nümayəndəsi: Ramiz Mustafayev “ASCO Arena”, 15:00 ("CBC Sport"/canlı) /report

Xəbər xətti