Messi 6-cı dəfə "Qızıl top"u qazandı

00:56 - 3 Dekabr 2019 - Xəbər

"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.

Qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb.  “Liverpul”un nidelandlı futbolçusu Vircil van Diyk 2-ci, “Yuventus”un portuqaliyalı oyunçusu Kriştianu Ronaldo 3-cü olub. “Liverpul”un seneqallı oyunçusu Sadio Mane 4-cü yeri tutub.

Digər namizədlər isə aşağıdakı kimi sıralanıb:
5. Məhəmməd Salah,
6. Killian Mbappe,
7. Alisson Bekker,
8. Robert Levandovski,
9. Bernardu Silva,
10. Riyad Mahrez,
11. Frenki de Yonq,
12. Rəhim Sterlinq,
13. Eden Azar,
14. Kevin de Breyne,
15. Matiys de Liqt,
16. Serxio Aquero,
17. Roberto Firmno,
18. Antuan Qrizmann,
19. Trent Aleksander-Arnold,
20-21. Pyer-Emerix Obameyanq, Duşan Tadiç,
22. Son Xın Min,
23. Uqo Loris,
24-25. Andre Ter-Şteqen, Kalidu Kulibali,
26-27. Kərim Benzema, Jorjinyo Veynaldum,
28-30. Markinyoş, Donni van de Bek, Joao Feliş. /qol.az

Xəbər xətti