Bakıda ağır yol qəzası: iki avtomobil toqquşub, xəsarət alanlar var- Foto

23:19 - 2 Dekabr 2019 - HADİSƏ

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Ziya Bünyadov prospektində - Nəcəf Nərimanov küçəsi ilə kəsişmədə (20 yanvar dairəsi sitiqamətində) yol - nəqliyyat hadisəsi baş verib: Hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Qəza ilə əlaqədar Ziya Bünyadov prospekti əsas yolda hərəkət 20 yanvar dairəsi istiqamətində məhdudlaşdırılıb.

***

Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb. APA-nın məlumatına görə, yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Onlardan birinin - hamilə qadının vəziyyətinin ağır olduğu deyilir. Həmin şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, yol qəzasının 10-MD-081 dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürət həddini aşması səbəbindən meydana gəldiyi bildirilir. Ərazidə olan polis əməkdaşlarının verdiyi məlumata görə, həmin avtomobil metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan zaman idarəetmədən çıxıb və qarşı yola keçib, nəticədə əks hərəkət zolağı ilə hərəkətdə olan digər "BMW" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb.


Xəbər xətti