Bakıda məşhur şirniyyat dükanına basqın edildi- kassa oğurlandı

20:52 - 2 Dekabr 2019 - HADİSƏ

Bakıda şirniyyat dükanına basqın edilib.

Hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70-də baş verib. Naməlum şəxs həmin ünvanda yerləşən "AZZA" şirniyyat dükanına daxil olaraq orada işləyən Atakişiyev Ülvi Elşad oğlunu bıçaqla öldürməklə hədələyib.

Naməlum şəxs satıcıdan kassadakı pulları tələb edib.
Nəticədə həmin şəxs kassadan 950 manat və 1 ədəd "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb./trend

Xəbər xətti