Bakıda idman müəllimi küçədə bıçaqlandı

16:18 - 2 Dekabr 2019 - HADİSƏ

Bakıda gənc oğlan bıçaqlanıb.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb./trend

Xəbər xətti