Bakıda ərəb evə əylənməyə gətirdiyi qadınlar tərəfindən soyuldu

Bakının Səbail rayonunda xarici turistlər qarət edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Dörd nəfər naməlum qadın Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində kirayə mənzildə məskunlaşmış Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı, 1991-ci il təvəllüdlü Alomira Soxuila Abduranı qarət ediblər. Səbail rayonu 41-ci Polis Bölməsinə müraciət edən turist qadınların onun 600 manat pulunu oğurladıqlarından şikayət edib.

İlkin məlumata əsasən, ərəb turist qadınları kirayədə qaldığı evə əylənmək məqsədilə gətirib.
Digər hadisə Neftçilər prospekti 36 nömrəli binanın qarşısında baş verib. 1985-ci il təvəllüdlü Pakistan vətəndaşı Zubair Adnan Pakistani cibindən naməlum şəraitdə 500 dolların oğurlandığından şikayət edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Hələlik saxlanılan yoxdur.

Tarix
2 Dekabr 2019 [12:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-12-02 12:36:31
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin