Şəmkirdə dəhşətli qəza- bir ailənin 5 üzvü öldü

22:56 - 1 Dekabr 2019 - HADİSƏ

Şəmkirdə baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən 5 nəfərin kimliyi müəyyən olub:

Əliyeva Həyat Rəşad qızı (azyaşlı, təqribən 1yaş)
Orucova Nübar Dilqəm qızı 1994-cü il təvəllüdlü, Şəmkir sakini
Orucov Vüqar Bayram oğlu 1974-cü il təvəllüdlü, Şəmkir sakini
Orucov Dilqəm Bayram oğlu 1970-ci il təvəllüdlü, Şəmkir sakini
Orucova Rəsmiyyə Nurəddin qızı 1971-ci il təvəllüdlü, Şəmki sakini

Qeyd edək ki, vəfat edənlər bir ailənin üzvləridir.

22:00

Şəmkirdəki dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 5-ə çatıb.  Hadisə “VAZ 21011” və “Pajero” markalı maşınlar arasında olub.

21:19

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib. Daha bir nəfər ağır xəsarət alıb.

Hadisə yerində Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xəbər xətti