İçərisində 44 nəfər olan avtobus körpüdən aşdı- ölənlərin sayı 19 nəfər çatıb- VİDEO

14:18 - 1 Dekabr 2019 - HADİSƏ

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu qəzaya uğrayıb.
12:18
Ucnoqta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb. İçərisində 44 nəfər olduğu avtobus Çita- Sretensk istiqamətində hərəkət edirmiş. Qəza nəticəsində 15 nəfər ölüb, xəsarət alanlar var. Hadisə yerinə iki MI-8 helikopteri və beş təcili yardım qrupu göndərilib.
İlkin məlumata görə, avtobus hərəkətdə olarkən qabaq təkəri çıxıb və o, körpüdən aşıb.

***
Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Emin

Xəbər xətti