Atasındən geri qalmayan Şvartseneggerin oğlu - FOTO

17:00 - 26 Noyabr 2019 - Xəbər

Hollivudun məşhur siması Arnold Şvartseneggerin nikahdan kənar övladı atasının bədən quruluşuna sahib olduğunu ictimaiyyətə nümayiş etdirib.

22 yaşlı Cozef Baen aktyorun keçmiş təmizlik işçisi Mildread Baendən olan övladıdır. O, uzun müddətdir bodibildinqlə məşğul olur və "Mister Olimpiya" ləqəbini qazanıb.

Məşhur aktyorun oğlu İnstaqram səhifəsinə yerləşdirdiyi şəkildə atasının gənclik illərindəki kimi poza verib və bicepslərini göstərib.
İstifadəçilər gənci atası Arnold Şvartseneggerdən heç də fərqlənmədiyini yazıblar./baku.ws


Xəbər xətti