Bakı-Quba yolunda ağır qəza - Yük maşını aşaraq yolu bağladı

10:20 - 22 Noyabr 2019 - HADİSƏ

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, qəza gecə saatlarında qeydə alınıb. Havanın yağışlı olması səbəbindən "MAN" markalı yük maşını qəza törədib. İdarəetməni itirən yük avtomobili beton arakəsməyə dəyərək aşıb.

"MAN"ın yük yerində olan çınqıl daşlar isə yola dağılıb. Bu səbəbdən Bakıdan gedən yol bağlanıb, qəza yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub./trend

Xəbər xətti