Piyadanı mikroavtobusla vurub öldürdü

09:48 - 20 Noyabr 2019 - HADİSƏ

Zaqatalada mikroavtobusun vurduğu piyada ölüb.

Hadisə axşam saatlarında rayonun Danacı kəndində baş verib.
Belə ki, Qurbanov Tahir Məhəmməd oğlu idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçmək istəyən Makov kənd sakini 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub.
Ağır bədən xəsarətləriylə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılan yaralı bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır./qafqazinfo

Xəbər xətti