Bakıda avtobus sürücüsü ürəyindən bıçaqlanıb - FOTO

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Cəbrayıl rayon sakini 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlunun ürək və qarın nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

O, cərahi əməliyyat olunur. Həkimlərin verdiyi məlumata görə, xəstə ağır və sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Qeyd edək ki, S.İsmayılov Qaradağ rayonu ərazisində 24 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusun sürücüsüdür.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.

Tarix
19 Noyabr 2019 [23:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 23:16:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin