Türkiyə Azərbaycanı hərbi təlimlərə dəvət etdi

13:52 - 19 Noyabr 2019 - Xəbər

1,5 ildir beynəlxalq hərbi əməliyyata çevrilməsi üçün fəaliyyəti aparılan “Aralıq dənizi Qalxan Hərəkatı”nın hərbi təliminin ilk iştirakçısı Pakistan dövləti olacaq.

Oxu.Az xəbər verir ki, hazırda “Şərqi Aralıq dənizi – 2019” sınaqlarında iştirak edən Pakistan xüsusi təyinatlıları təlimdən sonra “Aralıq dənizi Qalxan Hərəkatı”na qatılacaq. 

Türkiyənin Şərqi Aralıq dənizində təhlükəsizliyi təmin etmək məqsədilə 2016-cı ildən başlatdığı təlimləri şəxsi imkanları hesabına həyata keçirir.

Təlimlərin beynəlxalq miqyasda tanınması Azərbaycan, Albaniya, Əlcəzair, Gürcüstan, Liviya, Livan, Pakistan, Tunis və İordaniyanın hərbi hərəkatlara qoşulmaları nəticəsində əldə olunub.

 

Xəbər xətti