ABŞ-da cinayət törətməkdə ittiham edilən pakistanlılar Azərbaycanda saxlanılıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində Pakistan vətəndaşları 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navazın ABŞ-a təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Ekstradisiya ilə bağlı təqdimata hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxır.
Prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.

Məlum olub ki, Pakistan vətəndaşları haqqında Amerikanın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.

ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.

Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər.
Onlar bu məsələdə yanlışlıq olduğunu deyərək Azərbaycanda həbsdə saxlanılmalarını istəyiblər.

ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib.
Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib.

Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var./report

 

Tarix
19 Noyabr 2019 [13:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-19 13:08:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin