Ronaldu komanda yoldaşlarına qonaqlıq verib, onlardan üzr istədi

“Yuventus”un portuqaliyalı ulduzu Kriştianu Ronaldu A Seriyasında “Milan”la matçda yaşananlara görə üzrxahlıq etmək üçün öz komanda yoldaşlarını şam yeməyinə dəvət edib.

“La Repubblica”nın məlumatına görə, o, “Atlanta” ilə oyun öncəsi komanda yoldaşlarından şəxsən üzr istəmək qərarına gəlib.
Xatırladaq ki, İtaliya çempionatının 12-ci turunda “Milan”la qarşılaşmada əvəzlənən Ronaldu buna etiraz olaraq oyun bitməmiş dərhal stadionu tərk edərək soyunub-geyinmə otağına yollanmışdı. İtaliyada onun bu hərəkəti mütəxəssislər tərəfindən xoş qarşılanmayıb.

Bundan sonra komanda yoldaşları Ronaldudan üzr istəməsini tələb ediblər.
Qeyd edək ki, həmin matçda Ronaldunu əvəzləyən Dibala qol vurub./oxu.az

Tarix
18 Noyabr 2019 [23:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-18 23:01:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin