Türkiyə TANAP layihəsi ilə bağlı tədbirə hazırlaşır

17:20 - 18 Noyabr 2019 - İQTİSADİYYAT

Azərbaycan qazını Türkiyə və Avropaya daşıyacaq TANAP qaz boru kəməri layihəsinin “Şahdəniz-2” mərhələsi başa çatıb. 

“HaberTürk”ün məlumatına görə, bununla bağlı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz danışıb. O bildirib ki, kəmərin ikinci fazası da sınaqdan keçirilib.

Nazir qeyd edib ki, bu səbəbdən noyabrın 30-da Ədirnə əyalətinin İpsala rayonunda mərasim keçirilməsi planlaşdırılır:
“Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla yanaşı, yerli və xarici nüfuzlu simaların iştirak edəcəyi gözlənilir”./oxu.az

Xəbər xətti