Hindistanın qərbindəki Əhmədabad şəhərində hava limanı yaxınlığında Air India sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanlar var.
Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Kanal yaralıların hava limanının binasından çıxarılmasının görüntülərini nümayiş etdirib.
İlkin məlumata görə, qəzaya uğrayan Boeing 787 Dreamliner Əhmədabaddan Londona uçurdu. Təyyarədə 242 nəfər olub. Aviaşirkət hələlik bu məlumatı təsdiqləməyib.
Müxtəlif KİV-lər təyyarədə olan sərnişinlərin sayı ilə bağlı fərqli açıqlamalar verir
ANI yazır ki, təyyarədə artıq 242 sərnişin olub, The Times of India isə 290 sərnişin olduğunu iddia edir.
Uçuşun təyinatı ilə bağlı açıqlamalar da fərqlidir. Belə ki, Reuters agentliyi təyyarənin Birminqama doğru getdiyini, “India Today” isə onun təyinat məntəqəsinin London olduğunu qeyd edir.
Həlak olanlar və yaralananlar, eləcə də təyyarə qəzasının səbəbləri barədə rəsmi məlumat yoxdur.
Təyyarənin qəzaya uğrama anının təqdim edirik: