İran prezidenti Məsud Pezeşkian deyib ki, İslam Respublikası Silahlı Qüvvələri İran ərazisinə edilən hücuma elə cavab verəcək ki, düşmənlər etdiklərinə peşman olacaqlar.
Ucnoqta.az xəbər verir ki, prezident xalqa müraciətində vurğulayıb.
"İran xalqı və ölkə hakimiyyəti bu cinayət qarşısında səssiz qalmayacaq və İslam Respublikasının qanuni, qüdrətli cavabı düşməni öz axmaq hərəkətlərinə görə peşman edəcək", - Pezeşkian deyib.