“Qarabağ” – “Düdelanj” matçının biletləri satışa çıxarılır

17:30 - 17 Noyabr 2019 - İDMAN

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək.

Qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
ASAN Sumqayıt
İticket.az (onlayn)
/qafqazinfo

Xəbər xətti