Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - Video

15:57 - 14 Noyabr 2019 - Xəbər

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana uyğun olaraq, HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər./report

 


Xəbər xətti