Türkiyədə süd zavodu yandı

15:33 - 14 Noyabr 2019 - HADİSƏ

Türkiyənin Bursa vilayətində süd zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, zavodun əməkdaşları təxliyə olunub. Yanğınsöndürənlər alovun qarşısını ala bilib. Hadisənin səbəbləri hələlik bilinməsə də, zavoda ciddi ziyan dəydiyi deyilir.

Yanğının səbəbləri ilə bağlı araşdırma başlayıb.

Xəbər xətti