Bu dünya ulduzu 13 ildir mobil telefondan istifadə etmir

İngilis pop müğənnisi Robbi Uilyams etdiyi etirafla gündəmə gəlib.

“The Guardian”ın məlumatına görə, məşhur müğənni 13 ildir ki mobil telefondan istifadə etmədyini deyib:
“2006-cı ildən bəri telefonum olmayıb. Mən həmişə kompüterdən istifadə edirəm, həmişə internetə çıxışı var”.

Robbi sosial media hesablarının şifrələrinin onda olmadığını, bu məsələdə yardımçılarının köməyindən istifadə etdiyini bildirib.

2018-ci ilin yayında Uilliams Rusiya ilə Səudiyyə Ərəbistanı arasında keçirilən futbol üzrə Dünya Çempionatının ilk matçından əvvəl Moskvadakı Lujniki stadionunda çıxış edib. Robbi səhnədə olarkən göstərdiyi ədəbsiz əl hərəkətindən də danışıb. Onun sözlərinə görə, bu hərəkətin açıqlaması “Mən bunu pulsuz etdim” kimidir./oxu.az

Tarix
14 Noyabr 2019 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-14 15:17:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin