Bakıya yeni atraksionlar gətiriləcək

16:03 - 13 Noyabr 2019 - Xəbər

Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.

Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:

"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək"./trend

Xəbər xətti