Koreyanın müdafiə tədqiqat mərkəzində partlayış olub, ölən var

14:10 - 13 Noyabr 2019 - Xəbər

Koreya Respublikasının Daeceon şəhərində yerləşən Müdafiə İnkişafı Agentliyinə aid elmi laboratoriyada baş verən partlayış nəticəsində 1 əməkdaş ölüb, 5 nəfər isə yaralanıb.


Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə 120-dək yanğın xidməti əməkdaşı cəlb edilib, araşdırma aparılır.

Koreya Milli Müdafiə Nazirliyinə məxsus olan həmin elmi mərkəzdə qabaqcıl silah növlərinin hazırlanmasına dair tədqiqatlar aparılır.

Xəbər xətti