Klopp Pep gəldi deyib qaçdı - VİDEO

10:39 - 13 Noyabr 2019 - Xəbər

"Liverpul"un baş məşqçisi Yurgen Klopp jurnalistlərin suallarını cavablandırarkən növbəti dəfə gülməli anlar yaşanıb.

 "Mançester Siti"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra ayaqüstü müsahibə verən Klopp əvvəlcə jurnalistin səhvini düzəldib. Müxbirlərdən biri "UEFA-nın məşqçilər üçün olan konfransında Pepe ilə danışmısınızmı?" sualını verərkən, alman məşqşi "Pepe kimdir?" deyə soruşub, ardınca da  gülərək "Pepe yox, Pep Qvardiola" deyərək düzəliş edib. Arxadan Qvardiolanın gəldiyini görən Klopp gülməli tərzdə və pıçıltı ilə "Pep Qvardiola gəlir" deyərək qaçıb. /Offsideplus.az
 

Xəbər xətti