Azərbaycanlı hakimə UEFA-dan təyinat

10:30 - 13 Noyabr 2019 - İDMAN

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

Məlumata görə, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin VIII qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq.

Bu qrupda Fransa, Danimarka, Finlandiya və Farer adalarının yığma komandaları mübarizə aparacaq. Oyunlar noyabrın 13-dən 19-dək Danimarkada keçiriləcək./trend

 

Xəbər xətti