““Mercedes” xəstə aparan “təcili tibbi yardım” maşını ilə toqquşdu - VİDEO

18:59 - 12 Noyabr 2019 - HADİSƏ

Moskva ətrafı Zelenoqrad inzibati rayonunda minik avtomobili və “təcili tibbi yardım” maşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, insident Kutuzovsk şosesində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Mercedes” markalı avtomobil, bütün nəqliyyat iştirakçılarının gözləmədiyi bir anda 3-cü zolaqdan birinci zolağa manevr edərək xəstəxanaya yeniyetmə xəstəni aparan “təcili tibbi yardım” maşını ilə toqquşub. Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb. Yeniyetməni isə digər səhiyyə maşını aparıb.

Qəzadan sonra sürücü qeyri-adi manevrini, hərəkətdə olana vaxt qarşısına çıxan “Giriş yoxdur” nişanından qaçmağı ilə izah edib.

 

Namiq Musayev

 

 

Xəbər xətti