Avtomobil 9 yaşlı məktəblini vurdu: onu maşının altından güclə çıxardılar - VİDEO

14:08 - 12 Noyabr 2019 - HADİSƏ

Rusiyanın Moskva şəhərində minik avtomobili yolu keçən 9 yaşlı məktəblini vurub. Ucnoqta.az xəbər verir ki, insident bu gün səhər saatlarında Admiral Lazerev küçəsində baş verib. Qəzadan sonrakı görüntüləri ətrafdan keçən bir vətəndaş mobil telefon vasitəsi ilə qeydə alıb.

Kadrlarda, avtomobilin altında qalmış məktəblini çıxarmağa çalışan bir neçə insanın olduğu görülür.

Dövlət Yol Polis İdarəsindən bildirilib ki, qəza piyada keçidindən kənarda baş verib.

Yeniyetmə oğlan hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

 

Namiq Musayev

 

 

Xəbər xətti