“Lavrov İrəvana niyə getmişdi?"- Politoloq

“Bayram deyil, seyran deyil, Lavrov İrəvana niyə getmişdi?

Lavrov İrəvana səfərinə sərgidən başladı, sonra ikitərəfli görüşləri oldu. Rusiyanın dünya ilə problemləri sonsuzdur, Lavrovun da boş vaxtı yoxdur. Belə isə Lavrovun İrəvana ikigünlük səfərinə nə ehtiyac var idi?”. Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi bildirib ki, böyük ehtimalla Lavrov elə məlum cümləni - “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” demək üçün İrəvana getmişdi: “O, bu cümləni Bakıda bizim üzümüzə deyə bilməzdi. Elə İrəvandan deyib ki, hamı işini bilsin”.

E.Şahinoğlu vurğulayıb ki, “Mariya Zaxarova Azərbaycan mətbəxini sevir” və ya “Mariya Zaxarova erməni jurnalistin sualına qəzəbli cavab verdi” kimi başlıqlarla özümüzü aldatmamalıyıq: “Zaxarovanın şefi nöqtəni İrəvanda qoydu və bizə açıq mesaj göndərdi ki, Rusiya kimin yanındadır. Ancaq bir neçə gün sonra Lavrovun açıqlaması arxa plana keçəcək və yenə Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın başımızın altına yastıq qoyan açıqlamaları ön plana çəkiləcək”.

Tarix
11 Noyabr 2019 [22:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-11 22:36:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin