İspaniya Superkubokunun püşkü atılıb

22:30 - 11 Noyabr 2019 - İDMAN

İspaniya Superkubokunun püşkatma mərasimi keçirilib.

Yarımfinal mərhələsində “Real” “Valensiya”, “Barselona” “Atletiko” ilə üz-üzə gələcək. Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Superkubokun finalı ayın 12-də baş tutacaq.

Qeyd edək ki, ilk dəfə 4 komandanın iştirakı ilə keçiriləcək Superkubok matçları Səudiyyə Ərəbistanında təşkil olunacaq. Üç il yarışa ev sahibliyi edəcək asiyalılar buna görə 120 milyon avro ödəyiblər./Apa

Xəbər xətti