Polis Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: saxlanılan var

14:43 - 9 Noyabr 2019 - HADİSƏ

Bakıda keçmiş məhkumda heroin və saxta əsginas aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş A.Cavadov paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.
A.Cavadovun “BMW” markalı avtomobilinə baxış zamanı isə oradan 7 ədəd 50 manatlıq saxta əsginas aşkar edilərək götürülüb.

Xəbər xətti