Rusiya XİN Azərbaycanın notasına cavab verib

Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycanın Ermənistan tərəfindən işgal olunan Dağlıq Qarabağ ərazisində yaradılan qondarma qurum “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfərinə etiraz notası ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu şəxslərin səfəri şəxsi xarakter daşıyıb. Bu hadisənin Rusiya qanunvericiliyinə, beynəlxalq müqavilələrə və Rusiyanın Dağlıq Qarabağla bağlı məsələnin tənzimlənməsində vasitəçilik missiyasına zidd olmadığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini əsirgəməyəcəyini bildirib./oxu.az

Tarix
9 Noyabr 2019 [14:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-09 14:23:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin