"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. 

Bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb.Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.

24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb

Qeyd edək ki, "Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub. /report

 

Tarix
8 Noyabr 2019 [18:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 18:37:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin