Gürcüstanda xüsusi əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

18:18 - 8 Noyabr 2019 - DÜNYA

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Poti şəhərində xüsusi əməliyyat keçiriblər.

Əməliyyat zamanı Poti Şəhər Şurasının sədri və daha dörd şəxs dələduzluq yolu ilə xüsusilə böyük həcmdə əmlakın mənimsənilməsində şübhəli bilinirlər.
Saxlanılan şəxslərin üçü vəzifəli şəxs, digəri isə Potinin keçmiş meridir.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. /report

 

Xəbər xətti