XİN Mnatsakanyana cavab verdi

Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir.

XİN Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva erməni xarici işlər naziri Z.Mnatsakanyanın İsveçin Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

L.Abdullayeva bildirib ki, əslində, Ermənistan xarici işlər naziri yeni heç bir fikir söyləməyib:
"Beynəlxalq səviyyədə işğalçı kimi tanınan bir ölkə rəsmisinin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsindəki ərazilərini güya ki, özünün işğal etməsi barədə eyni əsassız iddiaları. Məsələnin beynəlxalq hüquqi tərəfini bir kənara qoyaq, bu, heç normal düşüncə çərçivəsinə belə sığmır. Təsəvvür edin bir ölkə qanunsuz şəkildə digər ölkənin ərazilərini işğal edir, bu ərazilərdə tarixən yaşayan yerli azərbaycanlıları etnik təmizləməyə məruz qoyur, sonra da iddia edir ki, “bu ərazilərdə yaşayan 150.000 erməninin təhlükəsizlik problemi var”.
Bu ermənilərin ailələri, evləri, adları olduğunu səsləndirən erməni naziri görəsən öz ölkəsinin təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının evlərindən məhrum olduğunu, ailələrinin paramparça olduğunu, adlarının məcburi-köçkün və qaçqına çevrildiyini heç düşünübmü? Əlbəttə yox, əgər düşünsəydi bu kimi cəfəng fikirlərlə özünü və xalqını aldatmazdı və münaqişənin həlli istiqamətində real addımlar atılardı. Mnatsakanyan anlamalıdır ki, onun dediyi kimi bizim və ya sizin həqiqət olmur; həqiqət birdir və bu həqiqət dünya ictimaiyyətinə çox yaxşı bəllidir. Sadəcə mövcud həqiqətləri saxtalaşdıraraq onu öz maraqları naminə müxtəlif şəkillərdə təqdim etmək təcrübəsi də mövcuddur ki, bunu da ən yaxşı Ermənistan bacarır".

Tarix
8 Noyabr 2019 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-11-08 15:38:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin